Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2025 15:45
"Komedixana"nın məşhur aktrisası Zarina Qurbanova yeni mövsüm planlarından danışıb.
Sonxeber.net xəbər verir ki, musavat.com-a açıqlama verən aktrisa bildirib ki, hazırda istirahət edir.
O, növbəti aydan yeni layihələri barədə qərar verəcək:
"Ötən mövsüm çox yoruldum. Filmdə rol aldım, "Komedixana"da çəkildim. ARB-də veriliş apardım. Universitet də oxuyuram. Hələ ki, dincəlirəm. Heç bir layihəmdən ayrılmamışam. Amma harada davam edəcəyimə də qərar verməmişəm".