Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soydaşımız Kaliforniyada keçirilən MMA döyüşündə qalib gəlib - FOTO

Soydaşımız Kaliforniyada keçirilən MMA döyüşündə qalib gəlib - FOTO

Tarix: 12 Avqust 2025 16:50

ABŞ-də yaşayan azərbaycanlı MMA döyüşçüsü Mirmahmud Seyidzadə Kaliforniyanın Stokton şəhərində keçirilən "209 Beatdown" turnirində qələbə qazanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Kaliforniyadakı Azərbaycan icmasının fəal üzvü olan Mirmahmud, soyuqqanlılığı, dəqiqliyi və texniki üstünlüyü ilə rəqibini məğlub edərək karyerasında önəmli bir nailiyyətə imza atıb. Döyüşdən sonra üçrəngli bayrağımızı qürurla nümayiş etdirən idmançı, bu zəfəri həm Vətəninə, həm də onu dəstəkləyən insanlara həsr etdiyini bildirib.

Qeyd edək ki, Mirmahmud Seyidzadə peşəkar idmançı olmaqla yanaşı, San Xose Dövlət Universitetində hüquq təhsili alan tələbədir. O, dünyaca məşhur "American Kickboxing Academy"nin yetirməsidir. Məhz bu akademiya Həbib Nurməhəmmədov, Daniel "DC" Cormier və Cain Velasquez kimi tanınmış idmançıları yetişdirib.


Etiketlər:  Soydaşımız Kaliforniyada keçirilən döyüşündə qalib gəlib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ