Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone”lar bahalaşa bilər

“iPhone”lar bahalaşa bilər

Tarix: 20 Avqust 2025 00:16

Bütün yeni "iPhone"lar Hindistanda istehsal olunacaq. 

Sonxeber.net xəbər verir ki, brendin dörd yeni modelinin hamısının Hindistandakı fabriklərdə istehsal ediləcək. 

Qeyd edək ki, "Apple"ın  sentyabr ayında " iPhone 17 ", " 17 Air ",  "17 Pro" və "17 Pro Max" modellərini təqdim edəcəyi gözlənilir.

Beləliklə Apple smartfonları ilk dəfə Çindən kənarda istehsal olunacaq. 

İstehsalın Hindistana sürətlə ötürülməsinin əsas səbəbi kimi Çindən ABŞ-a ixraca qoyulan yüksək rüsumlar göstərilir. 

O da məlum olub ki, "Apple" yüksək idxal rüsumları və ABŞ ilə Hindistan arasında korlanmış münasibətlər səbəbindən " iPhone " smartfonlarının qiymətini  qaldıra bilər. 
 


Etiketlər:  iPhonelar bahalaşa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ