Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2025 01:00
"OpenAI" şirkətinə məxsus "ChatGPT" çat-botunda nasazlıqlar yaranıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Bildirilib ki, əsasən Qazaxıstan, Rusiya və ABŞ-dən olan istifadəçilər "ChatGPT" çat-botunun fəaliyyətində nasazlıqla üzləşiblər.
Qeyd olunub ki, çat-bot donur, çox yavaş yüklənir, bəzən isə sorğulara cavab vermir.
Məlumata görə, təxminən 1,3 min nəfər botun fəaliyyəti ilə bağlı şikayət edib.