Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koti'' məsuliyyətə cəlb olundu - FOTO

''Koti'' məsuliyyətə cəlb olundu - FOTO

Tarix: 7 Noyabr 2025 11:56

Sosial şəbəkələrdə "Koti" kimi tanınan fenomen məsuliyyətə cəlb olunub.

Sonxeber.net teleqraf-a istinadən xəbər verir ki, o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib.

Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə "Koti" İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.


Etiketlər:  Koti məsuliyyətə cəlb olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ