Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 12:56
“Bayer”in yarımmüdafiəçisi Kay Haverts bundesliqanın tarixinə düşüb.
Qol.az “Opta”ya istinadla xəbər verir ki, “Köln”lə matç onun Almaniya yüksək liqasında 100-cü oyunu olub. Bununla da o, bundesliqada bu qədər sayda görüş keçirən ən futbolçu (20 yaş 186 günündə) olub. Buna qədər rekord 20 yaş 203 günündə “Leyptsiq”li Timo Vernerə məxsus idi.
Bu mövsüm Kay Haverts 19 matçda meydana çıxıb, 3 qol vurub və 1 dəqiq qol ötürməsi verib.