Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metroda cibgir yaxalanıb

Metroda cibgir yaxalanıb

Tarix: 9 May 2019 13:12

Bakı. Samir Əli - Trend:

Metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə metronun "20 yanvar" stansiyasında baş verib.

Stansiyada naməlum şəxs sərnişin, Göycay rayon sakini Ravər Şəmiyevin 160 manat pulunu və sənədlərini oğurlayarkən polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs Sumqayıt şəhər sakini, əvvələr Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Eynulla Hüseynovdur.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Metroda cibgir yaxalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ