Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konte "İnter"in bir addımlığında

Konte

Tarix: 9 May 2019 14:32

Ötən yay "Çelsi"dən ayrılan Antonio Konte "İnter"in sükanı arxasına keçir.

Qol.az-ın "Sky Sport"s nəşrinə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis Milan klubu ilə anlaşmaq üzrədir. Hazırkı baş məşqçi Luçano Spalettinin yalnız Konte ilə razılıq əldə olunacağı halda qovulacağı iddia olunur. Ancaq rəsmi açıqlamanın iyunun 30-dan tez verilməyəcəyi bildirilir.

Qeyd edək ki, Konte yüksək məvacib tələb etdiyi üçün "İnter"lə anlaşa bilmirdi.

 


Etiketlər:  Konte İnterin bir addımlığında


RƏYLƏR