Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuq payız aylarında boğaz ağrısı haqqında - FOTO

Soyuq payız aylarında boğaz ağrısı haqqında - FOTO

Tarix: 16 Dekabr 2019 09:33

Boğaz ağrısı hər bir insana tanışdır, həyatımızda ən azı bir dəfə, hətta ən sağlam adam udarkən, danışarkən və istirahət zamanı belə boğazında narahatlıq, ağrı hiss edir. Tibbi statistika onu göstərir ki, daha tez-tez boğaz ağrısı uşaqlarda qeydə alınır. Bu, immun sistemindəki çatışmazlıqlar (tam formalaşmamış) səbəbindən xəstəliklərin inkişaf meylinin artması ilə əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, uşaqlar boğaz ağrısını əksər hallarda temperatur olmadan keçirirlər, əsas səbəb yenə də tam formalaşmamış immun sistemidir. Boğaz ağrıları ilə bağlı şikayətlər xüsusilə payız-qış mövsümündə artır.

Boğaz ağrısının əsas səbəbləri. Udma zamanı xoşagəlməz simptomlar ən çox belə xəstəliklərlə rast gəlinir: virus infeksiyası (KRVİ), badamcıqların birinin bakterial infeksiyası (ən çox streptokokk mənşəli), kəskin faringit (allergik, zəhərli və ya alimentar mənşəli), xroniki faringit (kataral, dənəvər və ya atrofik formalı), nevrotik mənşəli ağrı, zəhərli maddələrlə boğazın və ya qırtlağın qıcıqlanması (siqaret tüstüsü, zərərli istehsal tullantıları və s.), termal və kimyəvi yanıqlar, xarici əşyaların daxil olması (balıq sümükləri, şüşə parçaları və s.), uğursuz cərrahi müdaxilələr (traxeotomiya və ya tonzilektomiya).

Çox zaman boğazdakı ağrı xüsusilə də udma zamanı yaranan ağrıının əsas səbəbi virus və ya bakterial mənşəli infeksiyadır. Patoloji törədici, hava və ya məişət yolu ilə ağız-udlağın selikli qişasına daxil olur, orada məskunlaşır və aktiv həyat fəaliyyətinə başlayır. Tərləmə, ağrı, səsin dəyişməsi və öskürək görünüşü patogen flora tərəfindən böyümə və çoxalma zamanı əmələ gələn toksinlərin toplanmasını göstərir. Selikli qişanın mexaniki zədələnməsi və soyuqdəymə immuniteti zəiflədir, xəstəlik törədən bakteriyaların artıb çoxalmasına səbəb olur.

Boğaz ağrısının müalicəsi. Boğaz ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya antibakterial dərmanlar təyin olunur. Refluks və vegetativ funksiyanın pozulması sindromu zamanı yayındırıcı terapiya kimi sorma pastillərdən istifadə olunur. Angina zamanı isə düzgün antibiotik və ya effektiv virusəleyhinə dərman təyin etmək, eyni zamanda yerli təsirli antiseptik və ağrıkəsici vasitələrdən istifadə etmək vacibdir. Stomatitlərin müalicəsi zamanı etiotrop dərmanlara əlavə olaraq, ağız boşluğunun müntəzəm qarqara etmək üçün preparatlar təyin olunur. Faringit, tonzillit, herpetik boğaz ağrısı, adenoidit və laringit zamanı əksər hallarda törədicisi virus infeksiyası olduğu üçün virusəleyhinə dərmanlarla müalicə aparmaq uğurlu nəticə verir.

Boğaz üçün sorma həblərdən istifadə etdikdə, udarkən narahatlığı tez bir zamanda aradan qaldırmağa, toxumaların şişkinliyini və qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların konsentrasiyasını azaltmağa kömək edir. Bir çox dərmanın tərkibi antiseptik və yerli anestetik olduğu üçün daha tez  terapevtik təsir müşahidə olunur.


Etiketlər:  Soyuq payız aylarında boğaz ağrısı haqqında FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ