Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəbhədə gərginlik - Atəşkəs pozuldu

Cəbhədə gərginlik - Atəşkəs pozuldu

Tarix: 16 Dekabr 2019 09:51

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Mərzili, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az


Etiketlər:  Cəbhədə gərginlik Atəşkəs pozuldu


RƏYLƏR