Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 10:46
Azərbaycanda yaşayan Türkiyəli iş adamı Yusuf Ziya Dəmir yol polisinə təşəkkür edib.
Sonxeber.net Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə o, öz "Facebook" hesabında yazıb. Yusuf bəy deyir ki, Bakıdan İsmayıllı-Gəncə-Qazax istiqamətində səyahət edərkən çətin anlar yaşayıb.
"İsmayıllıda bir az qar var idi, havanın temperaturu -1 dərəcəydi, axşam 23.00-a yaxın idi. Maşınımın təkəri boşalmışdı. Ehtiyat təkəri dəyişmək istəyirdim.
Bu zaman qan təzyiqimin yüksəldiyini hiss etdim və bir az düşməyini gözlədim. Həmin baxt ərazidə xidmət aparan bir yol polisi mənə yaxınlaşıb problemin nə olduğunu soruşdu.