Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avrokubok üçün geniş heyət və büdcə vacibdir'' - Ayxan Abbasov

''Avrokubok üçün geniş heyət və büdcə vacibdir'' - Ayxan Abbasov

Tarix: 13 Dekabr 2025 16:48

"Mühüm qələbə qazandıq. Futbolçulardan daha inamlı olmalarını istəyirəm".

QOL.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 15-ci turunda “Zirə” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib. Mütəxəssis azarkeşlərə təşəkkür edib, rəqibin güclü və stabil kollektiv olduğunu, onların da ağır qrafikdən çıxdığını vurğulayıb.

Ayxan Abbasov avrokubok hədəfləri barədə danışarkən geniş heyət və büdcə amilini qabardıb:

"Avrokuboklarda mübarizə aparmaq üçün geniş heyət vacibdir. Hər qarşılaşmaya ciddi yanaşırıq və əsas məqsədimiz hər oyundan xal qazanmaqdır. Keçən mövsüm qış fasiləsinə qədər iki dövrədən sonra 17 xal toplamışdıqsa, bu il artıq 20 xal yığmışıq və kubokda da yolumuza davam edirik. Komandamız formalaşıb, lakin avrokuboklarda iştirak üçün maliyyə imkanları da önəmli amildir".

Baş məşqçi Afrika Millətlər Liqasına yollanacaq və bu oyunda qol vuran Msanqa barədə əvvəllər səslənən tənqidlərə isə belə cavab verib:

"Msanqa Serbiya I Liqasından gəlib. Bir həftə onu ələ salanlar olmuşdu. Deyirdilər, "Şamaxı" Tanzaniyadan futbolçu gətirib. Amma indi milliyə də dəvət alır, özünü doğruldur. Bu gün qol vurub getməsi də daha sevindirir".

Ayxan Abbasov Premyer Liqada qalmaq üçün lazım olan xallar barədə fikirlərini bölüşüb.

"Premyer Liqada qalmaq üçün 25 xalın kifayət edəcəyini düşünürəm. Ötən ildən daha yaxşı nəticə göstərmək istəyirik".


Etiketlər:  Avrokubok üçün geniş heyət büdcə vacibdir Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ