Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisinin anası ilə cinsi əlaqədə oldu, qətl törətdi - MƏHKƏMƏ

Sevgilisinin anası ilə cinsi əlaqədə oldu, qətl törətdi - MƏHKƏMƏ

Tarix: 16 Dekabr 2019 13:16

Ali Məhkəmədə sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, onun şəxsin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, S.Hacəliyev 2017-ci il martın 27-də Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.

Araşdırma zamanı məlum olub ki, S.Hacəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

Hadisə baş verən günü S.Hacəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacəliyev həbs edilib.


Etiketlər:  Sevgilisinin anası ilə cinsi əlaqədə oldu qətl törətdi MƏHKƏMƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ