Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFB Bank-dan Sərfəli qış kampaniyası

AFB Bank-dan Sərfəli qış kampaniyası

Tarix: 16 Dekabr 2019 15:21

Bakı. Trend:

Hər zaman kampaniyalar təqdim edən AFB Bank Yeni il bayramı ərəfəsində sərfəli qış kampaniyasına start verir.

AFB Bankdan Trend-ə verilən məlumata görə, bayram boyu davam edəcək kampaniya zamanı nağd pul krediti daha sərfəli şərtlərlə təqdim olunacaq. 16.12.2019-15.01.2020– ci il tarixlərini əhatə edəcək kampaniya çəçivəsində kredit götürən hər kəsə illik faiz dərəcəsinə 2% endirim ediləcək. Qeyd edək ki, kreditlər 0% komissiya ilə rəsmiləşdiriləcək.

Xatırladaq ki, Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bank Sərfəli qış kampaniyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ