Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 17:57
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakalavr və magistratura təhsili arasında təkrarçılığa yol verilməməlidir.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, bakalavr pilləsindəki bir sıra fənlərin yenidən magistratura təhsilində keçirilməsinə yol verilməməlidir.
C.Bayramov hesab edir ki, təkrar fənlər əvəzinə magistratura təhsilinin məzmununa uyğun fənlərin keçirilməsinə və fənlər daxilində də məzmunun yenilənməsinə xüsusi diqqət yetirilməlidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin