Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 20:00
Litva Azərbaycan yüklərinin Avropaya ucuz daşınması üçün şərtlər təklif edir.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən bildiriblər.
Məlumat verilib ki, Litva Bakı-Tbilisi-Qars dəmir yolunu digər tədarük marşrutlarına alternativ olaraq nəzərdən keçirir:
"Bizə bu marşrut üzrə Azərbaycanın daşıma planları maraqlıdır. Litva yaxşı işləyən multimodal nəqliyyat-logsitika sistemini yaradıb və tranzit ölkə qismində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin tərkibində vacib rol oynayır. Ona görə də ölkəmiz Azərbaycana yüklərin Avropa və Skandaniva ölkələrinə təhlükəsiz, sürətli və ucuz daşınmasını təklif edir".