Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ dövlət departamenti Apache helikopterlərin Qətərə satışına razılıq verib

ABŞ dövlət departamenti Apache helikopterlərin Qətərə satışına razılıq verib

Tarix: 10 May 2019 06:40

Bakı. Trend:

ABŞ hakimiyyəti 3 milyard dollar məbləğində olan Qətərə Apache AH-64 24 helikopterlərin və onlarla bağlı silahın satışına razılıq verib.

Trend-in məlumatına görə, Qətər Hava Qüvvələri daha əvvəl bu modelin 24 helikopterini alıblar.

Məlumata əsasən, helikopterlər Qətərə uzun müddətli müdafiə və hücum potensialını verəcək, eləcə də əsas neft və qaz infrastrukturunun və platformalarının qorunmasının genişləndirilməsinə imkan yaradacaq.

Razılaşmanın mümkünlüyünə dair qərar, onun artıq əldə olunmasını nəzərdə tutmur, lakin təsdiq edir ki, ABŞ hakimiyyəti müqavilənin imzalanmasında siyasi və hərbi maneələr görmürlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ dövlət departamenti Apache helikopterlərin Qətərə satışına razılıq verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ