Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməniyönümlü konqresmenlər ittiham olundu - Korrupsiya...

Erməniyönümlü konqresmenlər ittiham olundu - Korrupsiya...

Tarix: 17 Dekabr 2019 15:30

ABŞ Nümayəndələr Palatasının bir sıra konqresmenlərinin "Ermənistan Fondu"nu dəstəkləməsi xarici müdaxilə ilə bağlı qalmaqala gətirib çıxara bilər.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Daily Wire" dərc olunmuş məqalədə deyilir.

Məqalədə uzun müddət erməni lobbisini dəstəkləyən qanunvericilərin ikiqat standartlar mövqeyi tutması ifşa edilir.

Nümayəndələr Palatasının üzvü Adam Şiff başda olmaqla Konqresdə Trampın impiçmenti üzrə işin araşdırılması ilə məşğul olan bir qrup qanunverici Amerika KİV-lərində Tramp administrasiyasının güman edilən korrupsiyasının və başqa dövlətin rəhbərliyinin ABŞ-da seçki prosesinə cəlb edilməsinin təhqiqatı bağlı "xəbərlər yaratmaqda" davam edir. Müəllif qeyd edir ki, Adam Şiff və onun həmkarları əvvəlcə "öz evlərində qayda yaratmalıdırlar":

"Belə adlandırılan Ümumerməni "Hayastan" fondu ("Ermənistan fondu") yaxın vaxtlarda keçirdiyi illik telemarafon zamanı cəmi 10 milyon dollar yığıb. Xatırladaq ki, bir il bundan əvvəl fondun direktoru Ara Vardanyan ona etibar edilmiş maliyyə vəsaitlərindən qanunsuz istifadəyə pul vəsaitlərini israf etdiyinə görə ittiham üzrə həbs edilib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə həmin telemarafon zamanı 11,1 milyon dollar, 2017-ci ildə 12,5 milyon dollar, 2016-cı ildə 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar yığılmışdı. Göründüyü kimi, məbləğ azalmaqda davam edir".

Müəllif vurğulayır ki, məsələn, demokratlar Adam Şiff, Ceki Şpeyer, Frenk Pallone, Tulsi Qabbard və Bred Şerman illər boyu bu "azalan fond"un tərəfdarları və telemarafonun qonağıdırlar. Onlar hamısı Trampın impiçmentinin qızğın tərəfdarlarıdır.


Etiketlər:  Erməniyönümlü konqresmenlər ittiham olundu Korrupsiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ