Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seçkilərdə iştirak üçün 233 nəfərin namizədliyi təsdiqlənib

Seçkilərdə iştirak üçün 233 nəfərin namizədliyi təsdiqlənib

Tarix: 17 Dekabr 2019 16:54

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 233 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 155 nəfəri isə imza vərəqələrini artıq götürüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Seçkilərdə iştirak üçün nəfərin namizədliyi təsdiqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ