Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 18:02
Avrokuboklarda 2018/19-cu il mövsümündə iştirak etmiş klubların arasında Financial Fair Play (FFP) qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması mexanizminə əsasən, bütün vəsaitin UEFA-nın klub yarışlarında iştirak edən digər klublara yenidən bölüşdürülməsi qərara alınıb.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, məbləğin 80%-i UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının qrup mərhələsində oynayan klublara, 20%-i isə hesablaşma müqavilələri imzalayan klublar istisna olmaqla, UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının seçmə mərhələlərini adlaya bilməmiş klublara bərabər hissələrlə paylanır. Müvafiq klublarımız üçün UEFA tərəfindən ayrılmış 73170.00 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb:
“Qarabağ” – 54120.00 avro
“Keşlə” – 6350.00 avro
“Qəbələ” – 6350.00 avro
“Neftçi” – 6350.00 avro
Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.
Bizi Facebookda da izləyin!