Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Finalda oynamaq çətindir'' - Emeri

''Finalda oynamaq çətindir'' - Emeri

Tarix: 10 May 2019 10:16

Oyunçular və azarkeşlərimizlə fəxr edirəm. Futbolçularım əllərindən gələn hər şeyi etdilər".

Qol.az-ın məlumatına görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Unai Emeri Avropa Liqasının yarımfinalında "Valensiya"ya 4:2 hesabı ilə qalib gələrək finala yüksəldikləri oyundan sonra deyib.

"İlk qoldan sonra sakit olmalı və özümüzü ələ almalı idik. "Valensiya"ya 4 qol vurmaq asan deyil. Çünki onlar yaxşı komandadır" - deyə o bildirib.

"Sevilya" ilə 2014, 2015 və 2016-cı illərdə ardıcıl 3 dəfə Avroliqanın qalibi olan Emeri daha sonra vurğulayıb: "Finalda oynamaq çətinir. Amma əvvəlki uğurlarıma görə bu turnirdə çox təcrübəliyəm. Bundan istifadə edəcəyik".

Qeyd edək ki, "Arsenal" finalda mayın 29-u Bakı Olimpiya Stadionunda "Çelsi" ilə qarşılaşacaq.

 


Etiketlər:  Finalda oynamaq çətindir Emeri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ