Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 21:22
72 yaşlı Natalya Maksimovna 51 yaşlı əlil oğluna baxmaqdan yorularaq, bezərək və öləndən sonra oğlunun baxımsız qalacağından qorxaraq intihar yolunu tutub.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, intihardan öncə o qohumlarına zəng edib, qonşuları ilə vidalaşıb.
Ölümqabağı məktubunda o intihar səbəbini belə açıqlayıb: hər şeydən yoruldum, oğluma yaxşı baxa bilmirəm, onu əlillər evinə də qoya bilmirəm. bütün günahı öz üzərimə götürürəm.
Ölümümdən sonra ona baxan olmayacaq, ona görə biz gedirik.
Xəbər verilir ki, qadının oğlu inşaatçı idi və iş qəzası nəticəsində yıxılaraq başından travma alaraq əlil olmuşdu.
10 ildir oğluna baxan ana ölümünə kimi özünü normal, sakit aparıb.