Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 22:33
Parlament seçkiləri ilə bağlı siyasi partiyalardan 11-nin səlahiyyətli nümayəndələrlə bağlı iddiası təmin olunub.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
O əlavə edib ki, artıq deputat olmaq istəyən şəxslər dairələrə müraciət etməyə başlayıblar:
"Siyasi partiyaların fəallığı başlayıb. İndiyədək 469 nəfər deputat olmaq üçün namizədliyini irəli sürüb. Nəzərə alsaq ki, parlamentdə 125 deputat yeri var, bu olduqca böyük göstəricidir. Vətəndaşlar öz namizədliklərini fərdi şəkildə irəli sürüblər, lakin onlar arasında kifayət qədər partiya mənsubiyyəti olan şəxslər də var. Hazırda 233 iddiaçının 155-i imza vərəqi alıb. Həqiqi mənada mübarizə gələn həftədən başlayacaq. Namizədlərin qeydə alınması yanvarın 10-dək davam edəcək. Yanvarın 10-u son gündür. Qarşıdan bayram günlərinin gəlməsinə baxmayaraq, bizim üçün həmin günlər adi iş günləri olacaq".