Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarrinin qələbə şərhi

Sarrinin qələbə şərhi

Tarix: 10 May 2019 12:08

"Açıq oyunda rəqib çox təhlükəli idi. Birinci hissədə ikinci qolu vura bilmədik. Daha sonra problemlər yaşadıq".

Qol.az xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqasının yarımfinalının "Ayntraxta"la cavab matçından sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis penaltilər seriyasında qalib gələrək finala yüksəldikləri oyunu belə şərh edib: "İkinci hissənin sonunda yaxşı oynadıq. Əlavə edilmiş vaxtda hər iki komanda yorulmuşdu. Möhtəşəm oyun oldu.
Yaxşı bilirsiniz ki, İngiltərədəki rəqabətin səviyyəsi çox yüksəkdir.  İngiltərə Liqa Kubokunda finala çıxmaq üçün "Liverpul" və "Tottenhem"lə mübarizə aparmışdıq. Hansı ki, onlar Çempionlar Liqasının finalçılarıdır. Finalda isə Avropanın ən güclüsü olan "Mançester Siti" ilə qarşılaşmışdıq. İngiltərə klublarının mövsümün sonunda bu pillədə olması asan iş deyil.  Çünki bu ölkədə mövsümboyu daha çox oyun olur. Bu gün 61-ci matçımıza çıxdıq. İtaliyada isə mövsüm ərzində 50-52 oyun keçirirlər. Arada böyük fərq var".

Qeyd edək ki, "Çelsi" mayın 29-də Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"la qarşılacaq.
 


Etiketlər:  Sarrinin qələbə şərhi


RƏYLƏR