Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 14:45
Dekabrın 17-də Bakıda Ukrayna Ticarət Evi açılıb.
Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ukraynanın İnfrastruktur naziri Vlasdislav Krikli, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov iştirak ediblər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, tədbirdə xəbər verilib ki, Ukrayna Ticarət Evi 2018-ci ilin aprelində təsis olunub. Logistik mərkəz və iqtisadi-ticarət məkanı rolunu oynayacaq Ukrayna Ticarət Evinin açılmasında məqsəd ölkələrimiz arasında işgüzar əlaqələrin, ikitərəfli ticarətin genişləndirilməsi, həmçinin, iş adamları arasında yeni əlaqələrin qurulmasına dəstək verilməsi, konsaltinq və digər kommersiya xidmətlərinin göstərilməsidir.
Ümumi sahəsi 1000 kvadrat metr olan ticarət evində mühəndislik, metallurgiya, kimya sənayesi, aqrar-sənaye, habelə yüksək texnologiyalı məhsulların istehsalı sahələri üzrə ixtisaslaşmış 30-dək Ukrayna şirkəti iştirakçı kimi çıxış edir.
Açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, Ukrayna Ticarət Evinin bu sahədə əhəmiyyətli platforma olacağına əminliyini ifadə edib və Ticarət Evinin işinə uğurlar arzulayıb.
Ukraynanın İnfrastruktur naziri Vlasdislav Krikli ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, Ukrayna Ticarət Evinin biznes dairələri arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsinə əlavə imkanlar yaradacağını bildirib.