Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son dövrlər palma yağları ilə bağlı cəmiyyətdə əsassız olaraq mənfi rəy formalaşdırılıb - AQTA

Son dövrlər palma yağları ilə bağlı cəmiyyətdə əsassız olaraq mənfi rəy formalaşdırılıb - AQTA

Tarix: 18 Dekabr 2019 18:10

Son dövrlər palma yağları ilə bağlı cəmiyyətdə əsassız olaraq mənfi rəy formalaşdırılıb və bu yağların insan orqanizmi üçün təhlükəli olması ilə bağlı heç bir elmi əsası olmayan məlumatlar paylaşılır.

Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, hətta özünü cəmiyyətə ekspert kimi təqdim edən şəxslər belə heç bir araşdırma aparmadan palma yağların ərimə temperaturunun 70 selsi dərəcədən artıq olduğu və insan orqanizmi tərəfindən həzm edilə bilmədiyi kimi cəfəng məlumatlar paylaşaraq əhali arasında çaşqınlıq yaradırlar: "Bəzi xəbər saytları insanların bu sahəyə marağından istifadə edərək ucuz reytinq əldə etmək üçün heç bir elmi əsası olmayan, təhrif edilmiş məlumatlar yayırlar. Özünü KİV adlandıraraq oxucuların məsələyə həssaslığından istifadə edən media nümayəndələrini bu status oxumağa və "palma yağı zərərlidir" başlıqlı yazıları ilə yalnız öz oxucularını yanlış yönləndirdiklərini nəzərlərinə çatdırmaq istəyirəm.

Hazırda dünyanın istənilən ölkəsində market rəflərindəki yüzlərlə məhsulun tərkibində palma meyvəsindən əldə olunan yağlardan istifadə edilir. Son 20 il ərzində dünyada bu yağların istifadəsinin geniş yayılma səbəblərindən biri insan sağlamlığı üçün risk təşkil edən trans yağ turşuları ilə bağlı normaların qəbul edilməsidir. Hansı ki, palma yağlarının tərkibində sözügedən yağ turşuları yoxdur".

Məlumatda bildirilir ki, palma yağları ilə bağlı mübahisələrin mənbəyi isə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) 2016-cı ildə bitki yağları ilə bağlı apardığı tədqiqatdır. Sözügedən tədqiqat nəticəsində EFSA bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı gündəlik normadan artıq qəbul edildikdə insan həyat və sağlamlığı üçün təhlükə yaradabiləcək 2 növ maddənin (3-MCPD, Glycidil yağ efirləri) yarandığını müəyyən edib. Qurum həmin maddələr üçün gündəlik istifadə normasını müəyyənləşdirərək risk dəyərləndirmə fəaliyyətini həyata keçirib. Tədqiqat nəticələrində palma yağlarının rafinasiya prosesi zamanı (qoxu alma mərhələsində) 200 selsi dərəcədən artıq temperatura məruz qaldıqda sözügedən maddələrin digər bitki yağlarına nisbətdə daha çox yaranma ehtimalı olduğu qeyd edilib:

"Göründüyü kimi, bu tədqiqat bütün növ bitki yağlarını əhatə edir və bitki yağlarının istehsal prosesi zamanı yaranan müəyyən maddələrin gündəlik normaları ilə bağlı tövsiyələri əks etdirir.

Tədqiqatın nəticələri açıqlandıqdan sonra yanlış təhlil edilərək "palma yağları zərərlidir" kimi mətbuata ayaq açıb və insanlarda əsassız fikirlər formalaşdırılıb.


Etiketlər:  dövrlər palma yağları ilə bağlı cəmiyyətdə əsassız olaraq mənfi rəy formalaşdırılıb AQTA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ