Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ÜDM-nin həcmi 72 milyard manatı ötüb

Azərbaycanda ÜDM-nin həcmi 72 milyard manatı ötüb

Tarix: 18 Dekabr 2019 18:20

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 72 milyard 852,2 milyon manat təşkil edib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,5 faiz, sənayedə 1,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,3 faiz artıb, tikintidə isə 6,4 faiz azalıb.


Etiketlər:  Azərbaycanda ÜDM həcmi milyard manatı ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ