Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 22:36
Müasir insanlar arasında qəbizlik ən yayılmış pozulmalardan biridir. Bir çox hallarda bunun səbəbi düzgün olmayan qidalanmadır.
Bəzi adi qida məhsulları bu pozulmanı həll etməyə kömək edə bilər. Qastroenteroloqlar qəbizlikdən əziyyət çəkənlərə bu kimi adi məhsulları tövsiyə edirlər.
Yulaf yarması ("herkules")
Yulaf yarması bağırsaqlarda seliyin ifrazını artırır və bununla da bağırsaqların boşalmasını asanlaşdırır. Həmçinin liflərlə zəngin olan yulaf yarması nəcis kütləsinin artmasına və bağırsaqların daha tez boşalmasına kömək edir.
Duzlu kələm
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, duzlu kələm bağırsaqların motorikasını çox yaxşı stimullaşdırır.
Zeytun yağı
Zeytun yağı ödün ifrazını stimullaşdırır, həzm proseslərini sürətləndirir və bu da nəticədə bağırsaqların boşalmasını tezləşdirir.