Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada təqaüdçüləri ekzoskeletlə təmin etməyə başlayıblar

Yaponiyada təqaüdçüləri ekzoskeletlə təmin etməyə başlayıblar

Tarix: 19 Dekabr 2019 07:44

Yaponiyada təqaüdçülərin əməyindən istifadə etmək üçün onları ekzoskeletlərlə təmin etməyə başlayıblar. Bu haqda "New Scientist" nəşri yazıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məsələ ondadır ki, Yaponiyada əhalinin 28%-ni 65 və daha yuxarı yaşlı insanlar təşkil edir. Bununla əlaqədar olaraq ölkədə tikinti, kənd təsərrüfatı və istehsal sahələrində işçi çatışmazlığı yaranıb.

Bir sıra şirkətlər yaranmış vəziyyətdən maraqlı çıxış yolu tapıblar. Onlar öz yaşlı işçilərini təxminən 25 kq ağırlığında yükü asanlıqla qaldırmağa imkan verən ekzoskeletlə təchiz etməyə qərar veriblər. Avadanlığın dəyəri 1300 dolları ötmür, konstruksiya isə mühəndislərə enerjidən asılılıq problemindən qurtulmağa imkan verib. Yeni ekzoskeletlər insan gücündən "enerji toplayır" və sıxılmış hava ilə işləyirlər.


Etiketlər:  Yaponiyada təqaüdçüləri ekzoskeletlə təmin etməyə başlayıblar


RƏYLƏR