Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 07:58
Bakı. Trend:
Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.
Qeyd edilir ki, məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir: "Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyyatlı olmalarını xahiş edirik. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin