Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 11:04
Bakı. Trend:
18 dekabr 2019-cu il tarixində PwC Azərbaycan öz müştəriləri daxil olmaqla, biznes subyektləri üçün Fairmont Oteldə vergi qanunvericiliyində ediləcək ən son dəyişikliklər və digər mühüm yeniliklər mövzusunda seminar təşkil edib.
PwC Azərbaycan komandası qanunvericilikdə dəyişikliklərin edilməsi prosesində Dövlət Vergi Xidməti və digər müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etmişdir. Seminarda dövlət və özəl sektorun 200-dən çox vergi və maliyyə mütəxəssisləri iştirak edib.
“Vergi Məcəlləsinə ediləcək dəyişikliklərin əsas məqsədi Azərbaycanda şəffaflığın artırılması və tədricən kölgə iqtisadiyyatının azaldılmasıdır. Əsas dəyişikliklərdən biri də alış və satışdan hesablanan ƏDV-nin tanınması zamanı ədalətsiz yanaşmanın aradan qaldırılmasıdır" PwC Azərbaycanın Vergi və Hüquq Praktikasının İcraçı Direktoru Arif Quliyev öz çıxışında bildirib.
PwC Azərbaycanın aparıcı vergi mütəxəssisləri Günel Sadıyeva, Lalə Mustafayeva, Günay Rüstəmova və Sevinc Bainvel Vergi Məcəlləsinə daxil edilmiş yeni anlayışlar, ƏDV inzibatçılığı ilə bağlı yeniliklər və digər mühüm dəyişikliklər barədə seminar iştirakçılarını məlumatlandırıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin