Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəyə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Ölkəyə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Tarix: 19 Dekabr 2019 20:44

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən "Mercedes-Benz 190" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşları olan sürücü və sərnişini şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük yoxlaması zamanı avtomobilin mühərrikxana və siləcəklərin mühərrik hissələrindəki boşluqlarda 4 ədəd bükümdə ümumi çəkisi 2 kq olan narkotik vasitə - heroin aşkarlanıb.


Etiketlər:  Ölkəyə narkotik keçirilməsinin qarşısı alındı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ