Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son 10 ildə ən çox yüklənən 10 mobil tətbiq - SİYAHI

Son 10 ildə ən çox yüklənən 10 mobil tətbiq - SİYAHI

Tarix: 19 Dekabr 2019 23:20

Mobil cihazlarda hər gün milyonlarca tətbiq yüklənib silinir. Son 10 ildə ən çox yüklənən 10 mobil tətbiqin siyahısı açıqlandı. Qeyd edək ki, bura Android və iOS platforması daxildir və cihazların üzərində gələn tətbiqlər siyahıya daxil edilmir. Əks halda siyahının doğruluğu qeyri-müəyyən olardı. Siyahıya baxdıqda heç də təəccüblü olmayan bir sıralama ilə qarşılaşırıq. Sosial media tətbiqləri lider mövqedədirlər.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, son 10 ildə yüklənən 10 mobil tətbiqin sıralaması çıxdı. Liderlik Facebook şirkətindədir.

Facebook
Facebook Messenger
WhatsApp
Instagram
Snapchat
Skype
TikTok
UC Browser
YouTube
Twitter
        Göründüyü kimi siyahıya Facebook və Facebook-a aid tətbiqlər liderlik edir. Milyonlarca istifadəçi olan Facebook son 10 ildə ən dominant tətbiq olub. 2-ci sıranın isə Messenger olması çox normaldır. Facebook yüklədiyiniz halda Messenger-in yüklənilməsi şərtdi. Əks halda inbox-a baxmaq mümkün olmur. Buna bir növ Facebook-un məcburiyyəti demək olar. Hər nə qədər istifadəçi itirən platforma da olsa Snapchat yenə yüklənmə sayı olaraq 5-ci sıraya yerləşə bilib. Siyahıda ən diqqət çəkən tətbiqlər TikTok və UC Browser tətbiqləridir.


Etiketlər:  ildə çox yüklənən mobil tətbiq SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ