Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 09:06
Kataloniya hakimiyyəti turist vergi dərəcəsini 2020-ci ildən artırmağı planlaşdırır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Barselonada dörd ulduzlu oteldə gecələdikdə ödəniş 1,10 avrodan 1,70 avroya, beşulduzlu otellərin qonaqları üçün isə 2,25-dən 3,5 avroya qədər artacaq.
Kataloniyanın paytaxtında 12 saatdan az qalan kruiz sərnişinləri üçün vergi dərəcəsi 2,25 avrodan 3 avroya qədər, şəhərdə daha çox vaxt keçirənlər üçün isə 0,65 avrodan 1 avroya qədər artacaq.
Bölgənin digər şəhərlərində dörd ulduzlu oteldə gecələmək, indi olduğu kimi, 0.9 avroya deyil, 1,2 avroya başa gələcək. Beş ulduzlu oteldə bir gecənin qiyməti də dəyişəcək: 2.25 avro əvəzinə vergi 3 avro olacaq.