Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə və Neftçalada yanğın olub

Şəmkirdə və Neftçalada yanğın olub

Tarix: 20 Dekabr 2019 09:16

Şəmkir rayonunun Dəllər Cəyir kəndində istixanada və Neftçala rayonunun Bankə qəsəbəsində çay evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 500 m² olan istixananın polietilen üzlüyü 20 m² sahədə və içərisində tutumu 200 litr olan yağ çəni yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 40 m² olan çay evinin içərisində məişət əşyaları 7 m² sahədə yanıb. Çay evi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  Şəmkirdə Neftçalada yanğın olub


RƏYLƏR