Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 10:42
Bakı. Samir Əli - Trend:
Dövlət hesabına göstərilən hüquqi yardımda yaranan problem aradan qalxacaq.
Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, bu sahədə bəzi süründürməçiliklər var idi:
"Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitlərin köçürülməsində bəzi problemlər var idi. Yeni dəyişiklikdən sonra ilk dəfə birbaşa olaraq dövlət büdcəsindən həmin vəsait Vəkillər Koĺlegiyasının hesabına köçürüləcək. Bu da vətəndaşlara göstəriləcək hüquqi yardımın keyfiyyətini artıracaq. İndiyədək vəkilin ekspertiza üçün müraciət etmək hüququ yox idi. Qanunvericiliyə edilən yeni dəyişikliyə görə, vəkil birbaşa Məhkəmə Ekspertiza Mərkəzi və gələcəkdə yaradılacaq özəl məhkəmə eksperti ilə müqavilə bağlayacaq, ekspertiza üçün müraciət edəcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin