Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 13:32
Bakı. İlhamə İsabalayeva - Trend:
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2923,8 min və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox əcnəbi və ətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gələnlərin 29,7 faizi Rusiyaı, 22,6 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 8,0 faizi İran, 3,5 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9 faizi Ukrayna, 1,7 faizi Türkmənistan, 1,6 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan və İsrail, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-noyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (90,0 faiz), Hindistan (67,7 faiz), Çin (63,1 faiz), Misir (58,5 faiz), Malayziya (51,2 faiz), Səudiyyə Ərəbistanı (46,1 faiz), Macarıstan (32,8 faiz), Polşa (31,7 faiz), Özbəkistan (27,3 faiz), İspaniya (26,6 faiz), Filippin (26,5 faiz), Böyük Britaniya (26,5 faiz), Qazaxıstan (24,1 faiz), Cənubi Koreya (20,2 faiz), Gürcüstan (20,1 faiz) və Almaniya (19,8 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,0 faiz artaraq 130,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1 faiz artaraq 1060,0 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4 faizi dəmir yolu və avtomobil, 40,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin