Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bu universitetində ilk dəfə tələbə-rektor seçildi - FOTO

Azərbaycanın bu universitetində ilk dəfə tələbə-rektor seçildi -  FOTO

Tarix: 20 Dekabr 2019 18:04

Noyabrın 27-dən universitetin ayrı-ayrı fakültələrində start götürən seçkidə tələbələr açıq səsvermə yolu ilə, bərabər və demokratik əsaslarla  öz seçimlərini ediblər.

Sonxeber.net xəbər verir ki, AzTU-nun  7 fakültəsindən seçilən hər bir namizəd universitetin əməkdaşlarından ibarət Seçki komissiyasının üzvləri qarşısında platformalarını təqdim ediblər.

Çıxışlardan sonra tələbə-rektor namizədlər arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən hər bir namizəd şəxsən özünə və özü ilə yanaşı digər 1 nəfər namizədə səs verə bilər.

Səsvermənin nəticəsinə görə,  AzTU-nun ilk tələbə-rektor seçkisinin qalibi "İnformasiya və kommunikasiya texnologiyaları" fakültəsinin II kurs tələbəsi Əli Abdullazadə olub.

Seçkidən sonra AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.


Etiketlər:  Azərbaycanın universitetində dəfə tələbə rektor seçildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ