Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 07:08
Bakı. Trend:
Azərbaycanın badminton üzrə milli komandasının üzvləri Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Ezmi Qovimuramadhoni Türkiyənin Ankara şəhərində keçirilən "Turkey Open 2019" turnirində çıxış edir.
Trend-in məlumatına görə, badmintonçularımızdan mübarizəyə təsnifat mərhələsindən başlayan Cahid Əlhəsənov ilk görüşündə Eret Murat Güngora 2:0 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Ukrayna təmsilçisi Qlib Beketova 0:2 hesabı ilə uduzub. Səbuhi Hüseynov isə təsnifat mərhələsinin ilk görüşündə Yusuf Yaşara 0:2 hesabı ilə məğlub olub.
Mübarizəyə əsas mərhələdən qoşulacaq Ezmi Qovimuramadhoni bu gün Macarıstan badmintonçusu Gergeli Krauszla qarşılaşacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin