Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Badmintonçularımız ''Turkey Open 2019'' turnirində çıxış edir - FOTO

Badmintonçularımız ''Turkey Open 2019'' turnirində çıxış edir - FOTO

Tarix: 21 Dekabr 2019 08:24

Azərbaycanın badminton üzrə milli komandasının üzvləri Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Ezmi Qovimuramadhoni Türkiyənin Ankara şəhərində keçirilən "Turkey Open 2019" turnirində çıxış edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, badmintonçularımızdan mübarizəyə təsnifat mərhələsindən başlayan Cahid Əlhəsənov ilk görüşündə Eret Murat Güngora 2:0 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Ukrayna təmsilçisi Qlib Beketova 0:2 hesabı ilə uduzub. Səbuhi Hüseynov isə təsnifat mərhələsinin ilk görüşündə Yusuf Yaşara 0:2 hesabı ilə məğlub olub.

Mübarizəyə əsas mərhələdən qoşulacaq Ezmi Qovimuramadhoni bu gün Macarıstan badmintonçusu Gergeli Krauszla qarşılaşacaq.


Etiketlər:  Badmintonçularımız Turkey Open 2019 turnirində çıxış edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ