Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki azyaşlı qız “Zirə”nin oyunçusunu qarət etdi

İki azyaşlı qız “Zirə”nin oyunçusunu qarət etdi

Tarix: 21 Dekabr 2019 14:02

“Zirə” futbol klubunun oyunçusu Mfo Kqasvane qarət edilib.

Qol.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Məlumatda deyilir: “Dekabrın 17-də polisə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib. Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır” (qafqazinfo.az).

 


Etiketlər:  İki azyaşlı qız Zirənin oyunçusunu qarət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ