Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 20:51
Körpələrdə köp ən çox rast gəlinən problemdir. Yeni doğulanlar ağlayan, narahat olan kimi əksəriyyət bunun köplə bağlı olduğunu düşünür. Köp sancılarını aradan qaldırmaq dərmanlara, təbii vasitələrə əl atır, ya da həkimə müraciət edir.
Körpələrdə köp nədən yaranır? Hər narahatlıq köp deməkdirmi? Bunu necə ayırdı etmək olar? Və köp yaranıbsa nə etmək lazımdır?
Sonxeber.net e-tibb.az-a istinadən bununla bağlı həkim-pediatr Aysel Hacıağayevanın fikirlərini təqdim edir:
Körpəniz 1,5-2 aylıqdır və hər axşam güclü "sancıları" olur? Bu narahatlığı axşamlar saat 5-6-dan başlayır, saatlarla davam edir və gecə saat 10-12 arası dayanır?
Bu "sancılar" zamanı nədənsə həmişə istifadə etdiyiniz köp dərmanı kömək etmir?
Nə etsəniz, körpəni heç cür sakitləşdirə bilmirsiniz?
Əksər hallarda bu cür şikayətlərlə müraciət edən analara pediatr kolleqalarım bir diaqnoz qoyurlar - qarın sancıları - və heç də ucuz olmayan köp əleyhinə dərmanlar təyin edirlər. Dərman təyininə xüsusi sevgi bəsləyən və "yaxşı həkim" olmanın rəmzini uzun dərman reseptləri yazmaqda görən həkimlər isə tək bununla kifayətlənməyərək körpəyə yuxu üçün dərman, fermentlər, probiotiklər, nə işə yaratdığı məlun olmayan siroplar da yazırlar. Lakin bu, mövcud problemi çözmür. Uzağı körpə yuxu gətirən antihistamin vasitələrin təsiri altında bihuş olub yatır. Vəssalam.
Lakin bəzi valideynlər çox haqlı olaraq bütün dərmanlardan imtina edirlər və səbr edərək bu halın keçəcəyini (adətən körpənin 6 ayında tam keçmiş olur) gözləyirlər. Digər, çox narahat və əsəbi valideynlər isə, durmadan həkimlərə getməyə davamlı edirlər ki, körpənin "dərdinə dərman" tapılsın. Ən son çarə kimi hətta klizmalar və köp çıxaran borulara əl atanlar da olur.
Bəs körpə niyə hər axşam dayanmadan ağlayır?