Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşından daha cavan görünməyin YOLLARI

Yaşından daha cavan görünməyin YOLLARI

Tarix: 21 Dekabr 2019 21:15

Almaniyadan olan məşhur kardioloq Martin Galle yaşından daha gənc görünməyin yollarını açıqlayıb.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, alim, bunun üçün ilk növbədə siqaret və içki içməkdən imtina etməyi lazım bilir.

Həkim bildirib ki, bu, nəinki vaxtından əvvəl ölüm hallarının sayını artırır, eyni zamanda bütün orqan sistemlərinin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir.

Nikotin qan damarlarını və ağciyərləri zədələyir, buna görə oksigen bədənə daha az miqdarda daxil olur. Bu, hüceyrələrin qocalmasının daha aktiv olmasına səbəb olur.

Tez yaşlanmanın genetik səbəbləri yalnız 10 faiz təşkil edir. Bütün digər hallar birbaşa insanın həyat tərzi ilə əlaqəlidir. Gəncliyindən içki içməyən, siqaret çəkməyənlərdə ürək xəstəlikləri və sinir pozğunluqları riski minimuma enir.


Etiketlər:  Yaşından daha cavan görünməyin YOLLARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ