Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 21:32
Bakı. Trend:
Yaponiya ABŞ-ın Fars körfəzi üzrə yaratdığı koalisiyaya qoşulmaq niyyətində deyil.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İranın prezidenti Həsən Ruhani Yaponiyaya səfərinin yekunları üzrə çıxışında deyib.
H.Ruhani bildirib: "Yaponiya İranın Hörmüz boğazında sülh üzrə planını dəstəkləyir. Bundan əlavə, Yaponiya Amerikanın bölgədəki təhlükəsizliyi təmin etmək üzrə planlarında iştirak etməyəcəyini açıq şəkildə bildirdi".
İran prezidenti qeyd edib ki, hər iki məsələ üzrə Yaponiyanın mövqeyini alqışlayır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin