Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 19:22
Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında ən çox quru oyun keçirən qapıçı müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu göstəricidə çempionatın ən yaxşısı Səlahət Ağayevdir.
"Neftçi"nin təcrübəli əlcək sahibi ilk iki dövrənin 7 matçında qapısını toxunulmaz saxlayıb. 14 qarşılaşmada 10 top buraxan S.Ağayev bu oyunların yarısını quru keçirib.
İki qapıçı hərəyə 6 belə görüşə malikdir. Onların hər ikisi legionerdir.