Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 21:28
Teslanın bu yaxınlarda təqdim etdiyi Cybertruck modelinin yeni xüsusiyyətləri ortaya çıxdı. Elon Maskın Tvitterdən verdiyi şərhlərə görə bu pikap, tam bir düşərgə canavarı ola biləcək.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, avtomobil sektorunun parlayan ulduzu Tesla, noyabr ayının sonlarında ilk pikap Cybertruck modelini tanıtdı. Bu pikap 2021-ci ilin sonlarında yollara enəcək, ancaq hələ gündəmdən düşmək bilmir. Çünki bu vasitənin həm texniki xüsusiyyətləri, həm dizaynı həm də yalnız 100 dollarlıq depozit əvəzi, vasitəni avtomobil tutqunlarının gündəminə oturtdu. İndi isə Cybertruck pikapı ilə əlaqədar yeni təfərrüatlar ortaya çıxdı.
Cybertruck, bir pikap modeli olduğu üçün çox geniş bir istifadə sahəsinə sahibdir. İstehlakçılar, bu vasitəni şəhərdə istifadə edəcəkləri kimi çətin keçilən yol şərtlərində də istifadə edə biləcəklər. İndi isə, Cybertruck modelinin necə bir kempinq canavarı olacağı, şəxsən Elon Mask tərəfindən açıqlandı. Elon Mask, Cybertruck modeli ilə əlaqədar yeni şərhlərini təxmin edilə biləcəyi kimi Tvitter üzərindən verdi.
Əslində Cybertruck, mövcud halıyla belə möhtəşəm bir texnoloji vasitədir. Ancaq pikapa bəzi dəyişiklər edildiyində Cybertruck, bir kempinq vasitəsi halına gəlir. Belə ki, lazımlı elementlər əlavə olunduqda vasitənin arxa qisimi, çox geniş bir sahəyə çevrilir. Elon Maskın Tvitterdən verdiyi şərhlər, Cyberturck modelinin bir kempinq rejiminə sahib olduğunu açıqca göstərir.