Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçdə qazıntı yanacaqdan mərhələli şəkildə imtina etmək imkanları öyrənilir

İsveçdə qazıntı yanacaqdan mərhələli şəkildə imtina etmək imkanları öyrənilir

Tarix: 23 Dekabr 2019 00:46

İsveçdə qazıntı yanacaqdan mərhələli şəkildə imtina edilməsi, benzin və dizellə işləyən yeni avtomobillərin satışına qadağa qoyulması imkanlarının öyrənilməsi üzrə dövlət tədqiqatları başlanır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Krallığın hökuməti məsələni ətraflı öyrənmək, benzin və dizellə işləyən yeni avtomobillərin satışına necə və nə zaman qadağa qoyulması və qazıntı yanacaqdan bütövlükdə nə zaman imtina edilməsi barədə təkliflər vermək üçün tədqiqata başlamaq təşəbbüsünü irəli sürüb.

Bu məsələni Sven Hunhammarın rəhbərliyi ilə bir qrup tədqiqatçı araşdıracaq.

Tədqiqatçılar qrupunun vəzifəsi benzin və dizellə işləyən yeni avtomobillərin satışına dövlət tərəfindən qadağa qoyulması, bərpa edilən yanacaqla və hibrid qurğuları ilə işləyən nəqliyyat vasitələrinin belə qadağadan azad olunması üçün şərtləri təhlil etməkdən ibarətdir. Bundan əlavə, tədqiqatçılar Aİ-də benzin və dizellə işləyən yeni avtomobillərin satışına qadağa tətbiq etməyə və Aİ-də qazıntı yanacaqdan istifadəni tədricən dayandırmağa necə nail olmağı təhlil etməlidirlər. Onlar lazımlı qanunvericilik təklifləri də hazırlamalı olacaqlar. Qanunvericilər qarşısına İsveçdə qazıntı yanacağın istifadəsinin dayandırılacağı ilin, habelə bunun iqtisadi baxımdan daha səmərəli olması üçün zəruri tədbirlərin müəyyən edilməsi vəzifəsi qoyulub.


Etiketlər:  İsveçdə qazıntı yanacaqdan mərhələli şəkildə imtina etmək imkanları öyrənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ