Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı sakinlərinə ŞAD XƏBƏR: Bütün avtobuslar....

Bakı sakinlərinə ŞAD XƏBƏR: Bütün avtobuslar....

Tarix: 23 Dekabr 2019 12:04

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha iki marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sonxeber.net-a verilən məlumata görə, 25.12.2019-cu il tarixindən 39, 26.12.2019-cu il tarxindən isə 202 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 39 və 202 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.

Məlumat üçün bildirilir ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.


Etiketlər:  Bakı sakinlərinə ŞAD XƏBƏR Bütün avtobuslar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ