Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyor Niyaməddin Musayevə görə toyda döyüldü - VİDEO - FOTO

Məşhur aktyor Niyaməddin Musayevə görə toyda döyüldü - VİDEO - FOTO

Tarix: 23 Dekabr 2019 18:00

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı aktyor və parodiyaçı Ramin Abdullayev olub.

Sonxeber.net xəbər verir ki, məşhur parodiyaçı xalq artisti Niyaməddin Musayevə görə toyda döyüldüyünü etiraf edib:

"Toya getmişdim. Parik taxıb Niyaməddin Musayevi parodiya edirdim. Toy sahibi mənə sürpriz edib. "Röya" ansanbılı orada idi. Niyaməddin bəy də yoldadır gəlir. Mənim bunlardan xəbərim yox idi. Hər kəs uzaqdan elə bilir ki, mən Niyaməddin Musayevəm. Yaxınlaşanda görürlər ki, yox o deyil. Mən də oxumağa davam edirdim. Oxuyub bitirdim. Zaldan çıxanda Niyaməddin bəylə rastlaşdıq. Mənə dedi ki, hara gedirsən? Rəngim ağardı, əl-ayağım əsdi. Dedim ki, toy yiyəsi yaxın adamımdır. Xahiş etdi, mən də gəldim. Məni yola saldılar. Nərdivanlardan yıxıldım, yüngülvari xəsarət aldım".


Etiketlər:  Məşhur aktyor Niyaməddin Musayevə görə toyda döyüldü VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ