Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AzerGold” və İDEA İctimai Birliyi məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verdi - FOTO

“AzerGold” və İDEA İctimai Birliyi məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verdi - FOTO

Tarix: 24 Dekabr 2019 11:28

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti İDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji siyasətinin davamı olaraq məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verib.

Milli.Az xəbər verir ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Cəmiyyətin Çovdar Filiz Emalı Sahəsində (ÇFES) tullantıların çeşidlənməsinə başlanılıb. Belə ki, "AzerGold" QSC ilə "Az.Ekol." MMC arasında imzalanan müqaviləyə əsasən ÇFES-də istifadə olunmuş, yararsız pet şüşələri, kağız, karton, plastik tullantıları üçün xüsusi toplama qutuları yerləşdirilib. Sahədə çeşidlənib toplanan tullantılar utilizasiya üçün sözügedən şirkətə təhvil verilərək təkrar emala yönləndiriləcək.

Məişət tullantılarının ətraf mühitə təsirinin mimumuma endirilməsi, istifadəyə yarassız plastik qabların yığımı və çeşidlənməsi qaydaları ilə tanışlıq məqsədilə ÇFES-də informativ təlim keçirilib. Tədbir çərçivəsində ərazidə çalışan işçilərə tullantıların çeşidlənməsinin ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu, tullantıların təkrar emala yönləndirilməsi üçün tələb olunan qaydalar və bu kimi mövzularda təlimatlandırılıblar.


Etiketlər:  AzerGold İDEA İctimai Birliyi məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ